“Ağrıkəsicilər böyrək çatışmazlığına səbəb olur” — AÇIQLAMA

SOSİAL 11 noy 2022, 22:44
“Həddindən artıq ağrıkəsici vasitələrindən istifadə böyrək strukturunu pozur və gələcəkdə insanlarda böyrək çatışmazlığına səbəb olur”.

Demokrat.az
xəbər verir ki, bu sözləri Trakya Universiteti Sağlamlıq Elmləri Fakültəsi Dekanı Prof. Dr. Sedat Üstündağ deyib. 

Həkimin sözlərinə görə, əgər insan həyatı boyu bir kiloqram ağrıkəsici qəbul edərsə, şübhəsiz ki, onun böyrəkləri müəyyən dərəcədə pozulacaq:

“Həyatı boyu 2-3 kiloqram ağrıkəsici qəbul edən xəstələrdə böyrək xəstəliklərini görmək mümkündür. Bu xəstələr sonda sağ qalmaq üçün transplantasiya və ya dializ müalicəsindən keçmək məcburiyyətində qalırlar. Nəzərə alsaq ki, orta hesabla bir ağrıkəsici yarım qramdır, gündə bir istifadə edildikdə ildə təxminən 200 qram istifadə olunur. İstifadəyə davam etsəniz, 5 ildən sonra böyrəyinizi mütləq zədələmiş olacaq. Qeyd edim ki, qeysəriyyə əməliyyatı ilə doğuş körpələrin böyrək inkişafına mənfi təsir edir və bu, sonrakı yaşlarda böyrək çatışmazlığına səbəb ola bilər”.

Aynurə
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top