Rəşad Dağlıya görə prokurorluq qarşısında İZDİHAM — YENİLƏNİB (VİDEO)

GÜNDƏM 10 noy 2022, 20:34

Xəbər verdiyimiz kimi, meyxanaçı Rəşad Dağlı Qaradağ Rayon Prokurorluğuna hakim qarşısına çıxarılıb.

Demokrat.az 
"Qafqazinfo"ya istinadla xəbər verir ki, axşam saatları olmasına baxmayaraq, hazırda prokurorluq binasının önündə izdiham yaşanır.

Belə ki, meyxanaçının yaxınları və tərəfdarları həmin əraziyə axışıb.

Həmin görüntüləri təqdim edirik:


Qətl törətməkdə şübhəli bilinən meyxanaçı Rəşad Əmirov (Rəşad Dağlı) Qaradağ Rayon Məhkəməsinə gətirilib.

Rəşad Dağlının barəsində həbs qətimkan tədbirinin seçilməsi gözlənilir.

Prosesə hakim Teymur Qurbanov sədrlik edəcək.

xxx

Tanınmış meyxanaçı Rəşad Dağlıya görə onun dostları, pərəstişkarları və sevənləri Qaradağ rayon Prokurorluğunun qabağında toplaşıblar.


BAKU.WS-in hadisə yerində olan müxbirinin sözlərinə görə, insanlar tanınmış meyxanaçı barədə məlumat almağa çalışırlar.

Qeyd edək ki, Rəşad Dağlı bu saatlarda məhkəməyə aparılacaq. Xatırladaq ki, noyabrın 9-u saat 05 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Qaradağ Rayon Prokurorluğundan BAKU.WS-ə verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Sosial şəbəkədə gedən müzakirələrə görə, Rəşad Dağlı və İskəndər Mehtiyev arasında mübahisə sənətçinin dediyi meyxanalardan birinə görə yaranıb. Bəhs olunan meyxanada Rəşad Dağlı narkotik satanları sərt tənqid edib

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top