Separatçılar Qarabağda qəzaya düşdülər — Ölən və yaralılar var

HADİSƏ 07 noyabr 2022, 10:25
Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələrinin üzvləri içkili vəziyyətdə avtoqəza törədiblər.

Demokrat.az
erməni KİV-lərinə istinadən xəbər verir ki, artıq miqdarda spirtli içki qəbul edən qanunsuz erməni silahlı dəstəsinin 3 üzvü avtoqəzaya düşüb.

Ağır yol-nəqliyyat hadisəsi nəticəsində qanunsuz dəstənin bir üzvü hadisə yerində ölüb, digər “könüllü”lər isə ağır yaralanıb.

Hadisədən bir neçə gün keçməsinə baxmayaraq, Xankəndidə tibb məntəqəsinə yerləşdirilən digər iki erməninin vəziyyəti həkimlər tərəfindən ağır qiymətləndirilir.

Məlumat ört-basdır edilsə də, qəza və ölüm faktı ilə əlaqədar hərbi polis tərəfindən araşdırmaya başlanılıb./Modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top