Fazil Məmmədov dəfn olundu — YENİLƏNİB (FOTO/VİDEO)

HADİSƏ 05 noy 2022, 09:50
Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov dəfn edilib.

"Report"un xəbərinə görə, mərasimdə sabiq nazirin ailə üzvləri, yaxınları, dövlət rəsmiləri və ictimaiyyət nümayəndələri iştirak edib.

Mərhum Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, F.Məmmədov noyabrın 3-də Türkiyədə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib. Onun ürək çatışmazlığından vəfat etdiyi bildirilib.

Xatırladaq ki, F.Məmmədov 1964-cü ildə anadan olub. O, 2000-2017-ci illərdə vergilər naziri vəzifəsində çalışıb.

***
Türkiyədə vəfat edən Azərbaycanın keçmiş vergilər naziri Fazil Məmmədov dəfn olunur.

Demokrat.az
xəbər verir ki, sabiq nazirin cənazəsi dəfn olunması üçün Yasamal qəbiristanlığına gətirilib.

Dəfn mərasiminə onun ailə üzvləri, tanışları, bir sıra ictimai xadimlər qatılıblar.


Qeyd edək ki, 58 yaşlı sabiq nazir Fazil Məmmədov ötən gün Türkiyədə müalicə aldığı xəstəxanada ürək çatışmazlığından vəfat edib./oxu.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top