"Pul xərcləməyə qıymıram, qorxuram ac qalaram" — Elnarə Abdullayeva

ŞOU-BİZNES 04 noy 2022, 13:53
"Pandemiya insanın ruhunu tamam dəyişdi. Mən də başqa insan oldum. Evə baxıram, pula baxıram, sonra deyirəm, yox, xərcləməyim".

Demokrat.az xəbər verir ki, bu sözləri Əməkdar artist Elnarə Abdullayeva "Həmin Zaur" proqramında deyib. Muğam ifaçısı 5 ildir tikdirdiyi villasından danışıb. O bildirib ki, pulunu xərcləməkdən qorxur:

"Evimin işinin 20 faizi qalıb. Amma pulumu xərcləməyə qıymıram. Qorxuram, deyirəm, yenidən pandemiya olar, ac qalaram. Pandemiyadan sonra çalışıram ki, kefimi yaxşı və kök tutum. Hirslənəndə özümə deyirəm ki, Elnarə sakit ol, sən dünyanı düzəltməyəcəksən, canından muğayat ol. Çalışıram bu yolla özümü tərbiyələndirim"./Axsam.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top