Şimali Koreya Yapon dənizinə daha 3 ballistik raket atdı

DÜNYA 03 noy 2022, 21:45
Ardıcıl raket sınaqları ilə Yaponiya, ABŞ və Cənubi Koreya kimi ölkələrlə üz-üzə gələn Şimali Koreya, Yapon dənizi istiqamətində daha 3 ballistik raket atıb. 

Demokrat.az
"Tgrt haber"ə istinadən xəbər verir ki, Yaponiya Müdafiə Nazirliyindən verilən açıqlamada Pxenyanın Yapon dənizi istiqamətində 3 yeni raket atdığı bildirilib.

Yerli vaxtla 21:34, 21:39 və 21:42-də havaya qalxan raketlərin Yaponiyanın  iqtisadi zonasından kənara düşdüyü, bölgədə hərəkət edən təyyarə və gəmilərə heç bir ziyanın aşkar edilmədiyi bildirilib. 

Son günlər ardıcıl raket sınaqları ilə beynəlxalq ictimaiyyətin narahatlığını artıran Şimali Koreya raket sınaqlarını davam etdirir. 

Qeyd edək ki, raket sınağının Vaşinqton-Seul alyansının bölgədə hərbi təlimlərin müddətini uzatmaq qərarına gəlməsindən dərhal sonra baş verməsi diqqət çəkib.

Jalə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top