NATO Çinə Rusiya ilə bağlı çağırış etdi

DÜNYA 22 sen 2022, 20:37
NATO-nun Baş katibi Yens Stoltenberq Çinin xarici işlər naziri Vanq Yi ilə görüşüb və ölkəsini Ukraynadakı müharibəni dayandırmaq üçün Rusiyaya təsirindən istifadə etməyə çağırıb.

Stoltenberq Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyası zamanı Çin naziri Vanq ilə keçirdiyi görüşlə bağlı sosial şəbəkədə açıqlama verib.

“Mən Çini Rusiyanın Ukraynadakı müharibəsinə son qoymaq üçün Rusiyaya təsir imkanlarından istifadə etməyə çağırmışam”, - Stoltenberq bildirib.

NATO-nun insan haqları və Tayvanla bağlı narahatlıqlarını da dilə gətirdiyini deyən Stoltenberq qlobal təhlükəsizlik mövzusunda dialoqu davam etdirməyə hazır olduqlarına diqqət çəkib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top