“Növbəti hədəf Moldovadır, oradakı rus hərbçilər kütləvi şəkildə...”

DÜNYA 10 sen 2022, 23:21
“Növbəti hədəflərdən biri Dnestryanı separatçıların anklavı olan Moldovadır. Orada yerləşdirilən dördüncü rus ordusu uzun müddətdir ki, Rusiyadan təchiz edilmir”.

Bu sözləri Gürcüstanın həbsdə olan sabiq Prezidenti Mixail Saakaşvili sosial şəbəkə heasbında yazıb. O bildirib ki, həmin bölgədə yerləşdirilən rus əsgərləri qaçılmaz hücumdan qorxaraq müqaviləni uzatmaqdan kütləvi şəkildə imtina edirlər:

“Dnestryanı bölgənin ələ keçirilməsi Ukrayna ordusu üçün 2-3 günün işidir və bu, Moldovanın ərazi bütövlüyünü bərpa edir, Gürcüstan üçün də presedent yaradır. Dnestryanı əməliyyat yəqin ki, ilin sonuna kimi həyata keçiriləcək. Bu arada ordumuz artıq Xarkovun strateji şəhəri olan Kupyanska daxil olub. Kupyanskdan sonra məqsəd İziumun azad edilməsidir ki, bu da Rusiya üçün böyük strateji əhəmiyyət kəsb edən ikinci şəhərin itirilməsi deməkdir. Rusiya İziumu xilas etmək üçün yeni qüvvələr cəlb etdi, lakin ekspertlər bunun ruslara kömək edəcəyinə şübhə edirlər. Biz real vaxt rejimində Rusiyanın işğal etdiyi mühüm məntəqələri itiriməsini izləyirik və burada Balakleya yalnız ilk çox vacib addım idi”.

Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top