Premyer Liqa: Bu gün daha 2 oyun keçiriləcək

İDMAN 10 sen 2022, 08:35
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha 2 oyunu keçiriləcək.

Demokrat.az-ın məlumatına görə, günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə "Neftçi" arasında olacaq.

Hazırda "ağ-qaralar" 12 xalla 3-cü, "qırmızı-qaralar" isə 9 xalla 5-cidir.

İki indiyədək ölkə çempionatında 55 dəfə qarşılaşıb. Bunların 17-də əyalət təmsilçisi, 25-də paytaxt klubu qələbə qazanıb. 13 görüş heç-heçə ilə yekunlaşıb. Topların nisbəti də qonaqların xeyrinədir - 82:66.

"Neftçi" son 13 qarşılaşmada yalnız 1 dəfə uduzub. “Qəbələ” son 4 ev görüşündə qol vurub.

Günün son matçında "Səbail" "Zirə"ni qəbul edəcək. Komandalar turnir cədvəlində qonşu pillələrdə qərarlaşıb. 7 xalı olan "qartallar" 6-cı, rəqibindən 2 xal az toplayan "dənizçilər" 5-ci yerdə gedir.

Paytaxt təmsilçiləri bunadək Premyer Liqada 19 dəfə rəqib olublar. Bunların 3-ü "Səbail"in, 12-si "Zirə"nin qələbəsi ilə başa çatıb. Rəşad Sadıqovun baş məşqçi olduğu kollektiv qol sayında rəqibini 27:17 hesabı ilə üstələyir.

“Zirə” son 5 oyunda qələbə qazanıb. “Səbail” son 5 ev matçında qalib gəlməyib.

Azərbaycan Premyer Liqası

VI tur

10 sentyabr (şənbə)

18:00. “Qəbələ” – “Neftçi”
Hakimlər: Rəvan Həmzəzadə, Kamran Bayramov, Cəmil Quliyev, Rəşad Əhmədov
Hakim-inspektor: Asim Xudiyev
Qəbələ şəhər stadionu.

20:30. “Səbail” – “Zirə”
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Müslüm Əliyev, Tural Qurbanov
Hakim-inspektor: İmanxan Sultani
“ASCO Arena”.


Qeyd edək ki, turun açılış matçında "Turan Tovuz" evdə "Kəpəz"i 2:0 hesabı ilə məğlub edib. Tura sentyabrın 11-də keçiriləcək "Sumqayıt" - "Şamaxı" və "Qarabağ" - "Sabah" oyunları ilə yekun vurulacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top