“Turan Tovuz” onu göndərdi

İDMAN 11 iyul 2025, 17:51
“Turan Tovuz” Orxan Əliyevlə yollarını ayırıb.

Demokrat.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qərb bölgəsi təmsilçisi ilə 29 yaşlı hücumçu arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, “Turan Tovuz” Orxan Əliyevi bu ilin yanvar ayında “Kəpəz”dən transfer etmişdi.

Bizdə olan məlumata görə, futbolçu karyerasını Qırğızıstanda davam etdirəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top