Mişustin: “Azərbaycan Avrasiya məkanında gedən inteqrasiya proseslərini diqqətlə izləyir”

GÜNDƏM 25 avq 2022, 22:59
“Azərbaycan Avrasiya məkanında gedən inteqrasiya proseslərini diqqətlə izləyir, bu, çox yaxşıdır”.

Bunu Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin Azərbaycan Respublikasının Baş naziri Əli Əsədovla görüşü zamanı deyib.

“Çox gözəldir ki, Azərbaycan inteqrasiya proseslərini diqqətlə izləyir. Biz Avrasiya İqtisadi İttifaqının inteqrasiya məkanında işlədiyimiz sahələrin bütün spektrini hörmətlə göstərəcəyik”-deyə, o bildirib.
O, Ə. Əsədovla görüşünün ilk dəfə Avrasiya Hökumətlərarası Şurasının iclasına təsadüf etdiyini qeyd edib.

Azərbaycanın Baş naziri Rusiya Federasiyası Hökumətinin sədrinə təşəkkür edib:
“Sizə şəxsən təşəkkür edirəm, uzun müddətdir ki, siz Azərbaycanın bu görüşlərdə iştirak etməsi üçün hər zaman səy göstərmisiniz. Buna görə Sizə səmimi qəlbdən minnətdaram”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top