Göldə batan yeniyetmənin kimliyi məlum oldu

HADİSƏ 21 avq 2022, 00:15
Qusar rayonunda göldə yeniyetmə batıb.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Ləzə kəndi ərazisində qeydə alınıb.

Beləki, Qusar rayonu Əniğ kənd sakini, 2006-cı il təvəllüdlü Tural Minabəddin oğlu Fərzəliyev süni göldə çimərkən boğulub.

Onun meyiti sudan çıxarılaraq müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Qusar rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top