Balakən sakini nişanlısının qohumunu bıçaqladı

KRİMİNAL 19 avq 2022, 12:50
Balakən sakini nişanlısının qohumunu bıçaqlayıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə rayonun Qazma kəndində qeydə alınıb.

Belə ki, kənd sakinləri - Eşqin Məmliyev və Orxan Xanlayev kənd ərazisində mübahisə ediblər. Bu zamanı E.Məmliyev O.Xanlayevə yumruqla zərbə endirib. Daha sonra O.Xanlayev üzərində olan bıçaqla E.Məmliyevə xəsarət yetirib.

Yaralı Balakən Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan "Report"un yerli bürosuna bildirilib ki, hadisəni törədən şəxs qısa müddət ərzində polis əməkdaşları tərəfindən saxlanılıb: "Müvafiq ekspertizalar təyin olunub və şöbənin istintaq bölməsində araşdırma aparılır".

Qeyd edək ki, O.Xanlayev bıçaqladığı E.Məmliyevin qohumu ilə nişanlı olub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top