Valideynlərin DİQQƏTİNƏ: Məktəb ləvazimatlarının qiymətləri “əl yandırır” — VİDEO

SOSİAL 18 avq 2022, 23:14
Məktəblərin açılmasına təxmini bir aydan biraz müddət qalıb. Artıq valideynlər mağazalara axın edərək övladları üçün lazımi məktəbli ləvazimatlarını alırlar. Bəs qiymətlər hansı civardadır? Bir məktəbli çantası dolu şəkildə valideynə neçəyə başa gələ bilər?

Xezerxeber.az xəbər verir ki, qiymətləri kimi özləri də müxtəlif məktəbli ləvazimatları mövcuddur. Məktəblərin başlamasına xeyli vaxt qalsada amma artıq mağaza vitrinlərini məktəb ləvazimatları bəzəyir.

Satıcılar bildirib ki, bu qiymətlər ötən illə nisbətdə xeyli artıb. Ən çox artım isə dəftərlərdə müşahidə olunur.Buna səbəb isə dəftərlərin  ən çox Rusiya və Ukraynandan ölkəmizə gəlməsidir.

Digər məktəb ləvazimatlarının da qiymətləri ürəkaçan deyil. Keçən illə müqayisadə onların da qiymətində minimum 10-15 faiz artım var.

Digər məktəbli ləvazimatlarına nisbətdə ən az bahalıq çantalarda müşahidə olunur. Məktəbli çanlarının qiyməti bu il 15-20 manatdan başlayır.

Valideynlər isə qiymətlərin daha uyğun olmasını arzulayırlar.

Satıcılar qeyd edib ki, məktəb vaxtına kimi qiymətlərin daha da artması gözlənilmir.

 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top