"Qisas" əməliyyatı ilə Rusiyanın hegemonluğuna son qoyuldu – ŞƏRH

SİYASƏT 15 avqust 2022, 15:25
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüşəcəklər. Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel öz tviter səhifəsində bildirib. Bəs, növbəti Brüssel görüşündə hansı irəliləyişlər əldə olunacaq?

Sualımızı cavablandıran  BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Demokrat.az-a açıqlamasında bildirib ki, beynəlxalq təşkilatların Qarabağ probleminin bir dəfəlik siyasi həlli istiqamətində dönüş yarada biləcək potensialının olması az inandırıcı görünür. Politoloq qeyd edib ki, bunu münaqişə tarixinin 30 ili ərzindəki təcrübələr də sübut edir:

“ATƏT-in Minsk qrupu öz fəaliyyətini dayandırdıqdan sonra bu missiya ilə Avropa İttifaqının təşkil etdiyi bir neçə görüş nəticə etibarı ilə ciddi nəticə əldə etməsə də, Azərbaycan və Ermənistan dövlət rəhbərlərinin ikitərəfli təmasları baxımından vacib olub. Məsələ ondadır ki, bu görüşlər Kremlin qarşı həmləsi ilə müşayiət olunub və hər belə görüşdən sonra mütləq Kreml də yeni görüş təşkil edib. Görünən odur ki, Rusiya rəhbərliyi bu görüşləri qısqanclıqla qarşılayıb, hətta başqa qüvvələrin bu danışıqlara qarışmasını istəmədiyini bildirib”. 

Analitikin sözlərinə görə, Rusiya burada tək həlledici qüvvə olmaq istədiyini gizlətmir: 

“Növbəti Brüssel görüşünün də sıradan bir görüş olma ehtimalı böyükdür. Məsələ ondadır ki, Azərbaycan artıq həm Ermənistanın, həm də digər tərəflərin problemin həllində söz sahibi olmasına şərait yaradan mühiti öz xeyrinə həll edib. Ermənistanla məsələ 44 günlük müharibə ilə həll edilib. Son "Qisas" əməliyyatı ilə də Rusiyanın hegemonluğuna son qoyulub. Artıq Azərbaycan öz sözünü diqtə edən tərəfdir. Bu baxımdan, Brüssel görüşünün Azərbaycanın "10 noyabr" müqaviləsinin şərtlərinin yerinə yetirilməsinin tələbləri üzərində qurulacağı şübhəsizdir”.

Aynurə Pənahqızı
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top