Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan Brüsseldə görüşəcəklər. Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel öz tviter səhifəsində bildirib. Bəs, növbəti Brüssel görüşündə hansı irəliləyişlər əldə olunacaq?
Sualımızı cavablandıran BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov Demokrat.az-a açıqlamasında bildirib ki, beynəlxalq təşkilatların Qarabağ probleminin bir dəfəlik siyasi həlli istiqamətində dönüş yarada biləcək potensialının olması az inandırıcı görünür. Politoloq qeyd edib ki, bunu münaqişə tarixinin 30 ili ərzindəki təcrübələr də sübut edir: 
Analitikin sözlərinə görə, Rusiya burada tək həlledici qüvvə olmaq istədiyini gizlətmir:
“Növbəti Brüssel görüşünün də sıradan bir görüş olma ehtimalı böyükdür. Məsələ ondadır ki, Azərbaycan artıq həm Ermənistanın, həm də digər tərəflərin problemin həllində söz sahibi olmasına şərait yaradan mühiti öz xeyrinə həll edib. Ermənistanla məsələ 44 günlük müharibə ilə həll edilib. Son "Qisas" əməliyyatı ilə də Rusiyanın hegemonluğuna son qoyulub. Artıq Azərbaycan öz sözünü diqtə edən tərəfdir. Bu baxımdan, Brüssel görüşünün Azərbaycanın "10 noyabr" müqaviləsinin şərtlərinin yerinə yetirilməsinin tələbləri üzərində qurulacağı şübhəsizdir”.
Aynurə Pənahqızı Demokrat.az


