Türkiyədə yaşayan azərbaycanlı qadının 9 aylıq körpəsi əri tərəfindən qaçırıldı — VİDEO/FOTOLAR

HADİSƏ 13 avq 2022, 11:27
Türkiyədə yaşayan azərbaycanlı qadın Esmira Sadıqovanın 9 aylıq körpəsi qaçırılıb. 

Demokrat.az Türkiyənin "Haber7.com" saytına istinadla xəbər verir ki, körpəni qaçıran Esmira Sadıqovanın nigahda olduğu Türkiyə vətəndaşı Ümit K. adlı şəxs olub. 

Hadisə Ərzurumun Yakutiye qəsəbəsində baş verib. 

Uzun müddətdən bəri radikal dini qrupa qoşulan Ümit K. tərəfindən şiddətə məruz qaldığı üçün Esmira Sadıqova 9 aylıq körpəsi ilə bərabər şikayət üçün Ərzurum Valiliyinə gedərkən, Valiliyin binası önündə əri tərəfindən hücuma mərzu qalıb. 

 

 

Bu zaman Ümit K. Esmira Sadıqovanı küçədə döyərək, körpəni zorla əlindən alaraq qaçırıb. 


Hadisədən sonra Türkiyə polisi əraziyə gələrək, 42 yaşlı Esmira Sadıqovanı Ailə və Sosial Xidmətlər İdarəsinin yerli bürosuna təhvil verib. 

Hazırda Türkiyə polisi Ümit K. və körpənin axtarışını davam etdirir. 



Vüqar Həsənov
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top