Rusiya mətbuatı “Qarabağ”a uduzan Çerçesovu yıxıb-sürüdü — FOTOFAKT

İDMAN 11 avq 2022, 16:21
“Ferensvaroş”un heyəti  "Qarabağ"ın futbolçu heyətindən təxminən üç dəfə bahadır. Amma futbolda hər şeyi pul həll etmir”.

Demokrat.az xəbər verir ki, bu fikirləri Rusiyanın məşhur “Спорт-Экспресс” nəşri yazıb. Nəşr daha sonra qeyd edir ki, “Çerçesovun komandası iki görüşdə heç cür rəqibinə qalib gələ bilmədi və Avropa Liqasına yollandı”.

Onlar komandaların təcrübəsini və imkanlarını da analiz edərək Çerçesovun ünvanına ağır tənqidlər səsləndiriblər. Rusiya mətbuatında Çerçesovun millidən uzaqlaşdırılmasına da bu məğlubiyyətdən sonra haqq qazandırılıb.

Qeyd edək ki, Çempionlar Liqasının lll təsnifat mərhələsində “Qarabağ”-ın “Fernsvaroş”la Bakıda keçirilən birinci oyunundan sonra Rusiyanın bütün aparıcı televiziya və elektron KİV-ləri pley-off mərhələsinə macarların keçəcəyini iddia edirdilər.

Fikirlərini də onunla əsaslandırırdılar ki, “Ferensvaroş” daha güclü komandadır və onun başında Çerçesov kimi təcrübəli məşqçi dayanır. Bu həm də Rusiya futbolunun təntənəsi kimi şərh edilirdi.

Lakin bu komandalar arasında keçirilən ikinci görüşdə bütün iddialar alt-üst oldu. “Qarabağ” komandası rəqibə öz meydanında göz açmağa imkan vermədi. Və iki görüşün nəticəsinə görə “Qarabağ”(4-2) növbəti mərhələyə adladı. 

Məhz bundan sonra Rusiya mətbuatı 180 dərəcə dəyişdi və Azərbaycan komandası haqqında xoş sözlər demək məcburiyyətində qaldılar.(bizim.media)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top