Zelenski və Makron telefonla danışdılar

DÜNYA 01 avq 2022, 20:39
Ukrayna prezidenti Volodimir Zelenski ilə Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Danışıqlar bir saat yarım davam edib.

Bu barədə Ukrayna dövlət başçısının dəftərxanası məlumat yayıb.

Zelenski Makronu Rusiyanın təcavüzünə qarşı mübarizə və döyüş meydanındakı vəziyyət barədə məlumatlandırıb.

Qeyd edək ki, Ukrayna dövlət başçısı ilə fransız həmkarı sonuncu dəfə iyunun 16-da Makronun Ukraynaya səfəri zamanı görüşüblər.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top