Sosial şəbəkələrin faydaları ilə yanaşı, burada söyüşcül dəstələrin tüğyan etməsi də ciddi problem olaraq qalır. Sosial media üzərindən şərəf və ləyaqətin alçaldılması, təhqir və böhtan seli də diqqət çəkir. Xüsusilə, son illər məmurların, iş adamlarının, vətəndaşların təhqir, şantaj olunması, işgüzar nüfuza xələl gətirilməsi ilə bağlı sifarişli yazılara rast gəlinməkdədir.
Bu halların cinayət və inzibati məsuliyyəti haqqında hüquqşünas Samir Qasımov Demokrat.az-a danışıb. Hüquqşünas qeyd edib ki, bu hallar hüquq pozuntusudur:
“Konkret olaraq əgər kiminsə hansısa məqsədlə işgüzar nüfuzunu ləkələyən, onun barəsində böhtan, təhqir dolu məlumatlar yayılırsa, bu, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinə uyğun olaraq cinayət məsuliyyətinə səbəb olur və bir neçə il müddətinə azadlıqdan məhrum etmə ilə nəticələnə bilər. Əlbəttə ki, işin halları məhkəmə tərəfindən qiymətləndirilir. Bu zaman burada əsas məsələlər budur ki, bu kütləvi çıxışlarda baş verməlidir. Misal üçün internet mediada sosial şəbəkələrdə hamının, yaxud müəyyən şəxslərin daxil ola biləcəyi platformada belə məlumatlar yayılırsa, bu artıq təhqir və böhrtan cinayətini əmələ gətirir. Həmçinin, qeyd etmək lazımdır ki, saxta profildən istifadə etmək də bu məsuliyyəti yaradır və daha da ağır məsuliyyətə səbəb olur. Şəxsin uydurma adlardan istifadə edərək yaratdığı profildə də bu cür qanunsuz yazıların olması cinayət məsuliyyətini nəzərdə tutulur”.
S.Qasımov əlavə edib ki, bəzən bu cür cinayətlər bir qrup şəxs tərəfindən törədilir:
“Yəni, burada tək icraçı yox, sifarişçi də ola bilər. Kimsə sifariş verir və hansısa jurnalist, şəxslər bunu kütləvi informasiya vasitələrində, mediada dövriyəyə buraxırlar. Bu zaman hər bir şəxs o cinayətdə iştirak dərəcəsinə uyğun məsuliyyət daşıyır, o cümlədən də sifariçi, icraçı, köməkçi və s. Bəzən bu cinayətlər tamah məqsədilə törədilir. Adətən ona biz reket jurnalisti də deyirik. Onlar hansısa maddi mənafeyə görə kimdənsə pul tələb edirlər və həmin pulu vermədikdə, onun barəsində artıq mətbuatda rüsvayedici məlumatlar gedir, ona zor tətbiq olunur. Bu, artıq daha ağır məsuliyyətə səbəb olur. Bu, artıq hədə-qorxu ilə tələb etmək cinayətinin tərkibini yarada bilər. Əgər bütün bu hallar sübut olunursa, belə deyək ki, iş hallarından asılı olaraq, tələb olunan məbləğdən asılı olaraq 10 ildən də artıq azadlıqdan məhrumetmə olur”.
“Əgər həmin şəxslər jurnalist kimi Media Agentliyindən qeydiyyatdan keçiblərsə, bu zaman onlar məhkəmənin qərarı ilə bu cinayətdə iştirakları təsdiq olunarsa, məhkəmənin qərarı ilə jurnalist hüquqlarından məhrum oluna bilərlər. Bir də zərərçəkmiş şəxslərin hər bir halda bu məsələlərə bağlı hüquq mühafizə orqanları ilə müraciət etmək hüququ var. Bu zaman onlar əlaqədar sübutları təqdim etməlidirlər, onlar barəsində bu məlumatlar harada yayılıb, hansı məzmunda yazılıb, onlardan kim pul tələb edib və s. bütün bu sübutlar təqdim olunmalıdır. Beləliklə, sübutlar əsasında hüquq mühafizə orqanları araşdırma aparırlar və cinayətdə iştirak edən şəxslərin dairəsi müəyyən olunur, onlara vurulmuş zərər hesablanır. Burada tək təqsirkarların cinayət məsuliyyətinə cəlb olunmasından deyil, həmçinin zərərçəkmişə vurulmuş maddi və mənəvi zərərdən də söhbət gedir. Bütün bu məsələlər də son nəticədə məhkəmə qərarı ilə həll olunur”.
Aynurə Pənahqızı
Demokrat.az