Bir şagirdin məktəb xərci nə qədərdir?

SOSİAL 01 sentyabr 2025, 12:00
Artıq yeni tədris ilinin başlanmasına az müddət qalıb. Dərs ilinin yaxınlaşması ilə valideynlər məktəb alış-verişinə başlayıblar. Dərs ləvazimatları mağazalarında canlanma artsa da, qiymətlərin yüksəkliyi bir çox ailəni narahat edir. Sosial şəbəkələrdə paylaşılan şərhlərdə valideynlər məktəbə hazırlığın büdcələrini aşdığını bildirərək qiymət artımının gəlirləri ilə uzlaşmadığını qeyd edirlər.

Bəs bahalaşma ən çox nədə özünü göstərir? 

Milli.Az xəbər verir ki, satıcıların sözlərinə görə, bu il bahalaşma 3-5 manat arası təşkil edir. Ən çox bahalaşma isə məktəbli çantası, karandaş və dəftərlərdir. 

"Çantaların qiyməti 15 manatdan başlayaraq 60 manata qədərdir. Keçən il 20 manata satdığımız çanta bu il 25 manatdır. Karandaşlar isə 1 manatdan başlayaraq 10 manata qədər, termoslar isə 6 manatdan 20 manata kimidir". 

Satıcılar isə qiymət artımını idxal mallarının bahalaşması və nəqliyyat xərcləri ilə əlaqələndirirlər. Onların sözlərinə görə, bazara çıxarılan bir çox məhsul xaricdən gətirilir.

Valideynlər də qiymət artımından şikayət edirlər. Xüsusilə bir ailədən bir neçə məktəblinin olması məsələn daha da ciddiləşdirir. 

"Hər il daha da bahalaşma var. Bir uşaq üçün məktəb xərcimiz 130-150 manatdır".

Əgər ailədə uşaq sayı daha çoxdursa, bu daha da çətinləşir. Valideynlər kəskin maddi xərcə düşməmək üçün alış-verişi ardıcıllıqla edirlər. 

Ekspertlər hesab edirlər ki, aztəminatlı ailələr üçün məktəbli ləvazimatlarının müəyyən hissəsinin dövlət tərəfindən qarşılanması bu yükü azalda bilər. Bəzi qeyri-hökumət təşkilatları və xeyriyyəçilər bu istiqamətdə kampaniyalar həyata keçirsələr də ehtiyac kifayət qədər böyükdür.

Qeyd edək ki, yeni dərs ili 15 sentyabrda başlayacaq. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 sentyabr 2025, 13:24
01 sentyabr 2025, 12:19
Top