Prezident təqaüdünün məbləği bu gündən ARTIRILDI

SOSİAL 01 sentyabr 2025, 10:47
Bu gündən etibarən Prezident təqaüdünün məbləği artırılıb.

Demokrat.az xəbər verir ki, bu barədə iyulun 24-də Prezident İlham Əliyev Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləğinin artırılması və "Azərbaycan Respublikasının ali məktəb tələbələri üçün Prezident təqaüdünün təsis edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 3 sentyabr tarixli 564 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Fərman imzalayıb.

Fərmanla Azərbaycan Respublikası ali təhsil müəssisələrinin tələbələri üçün Prezident təqaüdünün məbləği 2025-ci il sentyabrın 1-dən 350 (üç yüz əlli) manat müəyyən edilib.

Qeyd edək ki, daha əvvəl bu məbləğ 270 manat təşkil edirdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 sentyabr 2025, 12:19
Top