Paytaxtda zəncirvari qəza — VİDEO (YENİLƏNİB)

HADİSƏ 01 sentyabr 2025, 11:26

01.09.2025-ci il tarixində saat 00:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub. 

Bu barədə "Unikal"ın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, çağırış əsasında təcili tibbi yardım briqadası ünvana cəlb olunub.

"Hadisə yerində 23 yaşlı (kişi cinsli) şəxsə ilkin tibbi yardım göstərilib və Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub. Tibb müəssisəsində müalicəsi davam etdirilən pasiyentə döş qəfəsinin küt travması diaqnozu təyin olunub, vəziyyəti orta ağır qiymətləndirilir", - məlumatda qeyd olunub.

***

10:09

Gecə saatlarında paytaxtın Ziya Bünyadov prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, bir neçə avtomobilin iştirakı ilə baş verən qəzada xəsarət alanlar olub.

Hadisəyə yola dağılan məhlulun sürüşmə yaratmasının səbəb olduğu bildirilir. (Unikal)


SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 sentyabr 2025, 12:19
Top