“Son zamanlar müəllimlərin say azlığı ilə bağlı müxtəlif fikirlər sosial şəbəkələrdə və mediada geniş müzakirə olunur. Bu məsələyə bəzən emosional və subyektiv yanaşmalar da müşahidə edilir. Bəziləri iddia edir ki, müəllimlik peşəsinin nüfuzu azalıb, ona görə də bu sahəyə maraq zəifdir və vəziyyət getdikcə daha da pisləşəcək”.
Bu sözləri Demokrat.az-a açıqlamasında təhsil eksperti Elmin Nuri deyib.

Ekspert bildirib ki, məsələ göründüyü qədər sadə deyil və ona daha obyektiv və geniş prizmadan baxmaq lazımdır:
“Ölkəmizdə uzun illərdir ki, ali və orta ixtisas təhsil müəssisələrində pedaqoji ixtisaslar üzrə xeyli sayda məzun yetişir. Digər tərəfdən, müəllimlərin yalnız dövlət məktəblərində çalışan hissəsi nəzərə alınır. Halbuki müəllimlərin bir qismi özəl məktəblərdə, hazırlıq kurslarında, repetitor fəaliyyəti ilə məşğuldur və ya müxtəlif layihələrə cəlb olunur. Bu da onların statistikada nəzərə alınmamasına səbəb olur. Amma bu, mövcud və potensial müəllim kadrlarının sayının çox olduğunu göstərir. Əsas məsələ iş yerinin azlığıdır, müəllimin azlığı deyil. Ölkədə 4500-dən çox məktəb olsa da, bir çoxu bağlanıb və yeni məktəblərin açılmasına ehtiyac var. Xüsusən də urbanizasiya sürətlə gedən bölgələrdə məsələn, Xırdalanda bir sinifdə 35-40 şagird oxuyursa, bu həm tədrisin keyfiyyətinə mənfi təsir edir, həm də əlavə müəllimlərin işsiz qalmasına səbəb olur”.
Ekspert diqqətə çatıdırb ki, yeni məktəblərin açılması həm bu sıxlığı azaldar, həm də işsiz müəllimlərə yeni imkanlar yaradar:
“Müəllimlərin fəaliyyət sahəsi genişləndirilməlidir. Onlar yalnız məktəbdə deyil, layihələrdə, ictimai və sosial proqramlarda, maarifləndirici təşəbbüslərdə də iştirak etməlidirlər. Müəllim təkcə məktəbdə müəllim deyil cəmiyyətdə, hər yerdə müəllimdir və bu rol daha çevik şəkildə dəyərləndirilməlidir. Repetitorluq fəaliyyətinin də daha şəffaf və hüquqi əsaslarla tənzimlənməsi vacibdir. Belə olan halda, müəllimlik peşəsinin cəmiyyətdəki nüfuzu daha da artacaq və bu sahəyə maraq daha stabil və davamlı olacaq”.
Leyla Turan
Demokrat.az