YapiKredi Müraciət Forması
Sosial

Ucarda media tur təşkil olunub - FOTOLAR

Ucarda media tur təşkil olunub - FOTOLAR

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə Ucar rayonunda aqrar sahənin inkişafı, yerli istehsalın təşviqi və aqrobiznes imkanlarının tanıdılması məqsədilə media tur təşkil olunub.

Media tur çərçivəsində iştirakçılar Ucar rayonunda keçirilən Çəltik və Aqrar Biznes Festivalı ilə tanış olub, sərgidə nümayiş olunan düyü məhsullarına, yerli istehsalçıların məhsullarına, kənd təsərrüfatı texnikalarına, müasir texnologiyalara baxış keçiriblər.

Festivalda çəltikçilik sahəsinin inkişafı, çəltiyin yetişdirilməsi, məhsulun yığılması, emalı və bazara çıxarılması proseslərinin aqrobiznes baxımından əhəmiyyəti diqqətə çatdırılıb.

Media tur zamanı iştirakçılar düyü emalı zavoduna da baş çəkiblər. Burada düyünün emal mərhələləri, istehsal prosesinin təşkili, məhsulun keyfiyyətinin qorunması, çeşidlənməsi və qablaşdırılması ilə bağlı məsələlərlə tanış olublar.

Ümumilikdə, media turun əsas məqsədi Ucar rayonunun aqrar potensialını tanıtmaq, çəltikçilik, düyü emalı sahələrində mövcud imkanları işıqlandırmaq, həmçinin kənd təsərrüfatında istehsal, emal və satış proseslərinin aqrobiznesin inkişafındakı rolunu ictimaiyyətə çatdırmaq olub.

Fidan Hacızadə

1 / 12

NE
Nihadə Eyyubova