"Şazam" serialında "Billi Betson"u canlandıran amerikalı aktyor Maykl Qrey vəfat edib.
Sənətçi 75 yaşında təbii səbəblərdən dünyasını dəyişib.
Qeyd edək ki, o, həmçinin "Breydi ailəsi", "Balaca insanlar", "Uçan rahibə", "Sülalə" və "Doktor Markus Uelbi" seriallarında çəkilib.


