ABŞ Prezidenti Donald Tramp Şimal dənizində neft hasilatının genişləndirilməsinin Böyük Britaniyanı çox zəngin ölkəyə çevirəcəyini bəyan edib.
Demokrat.az xəbər verir ki, bu barədə o, Böyük Britaniyanın Baş naziri Endi Börnhemlə danışıqları şərh edərkən Ağ Evin qarşısında jurnalistlərə bildirib.
Trampın sözlərinə görə, o, iki il ərzində Britaniya hakimiyyətini Şimal dənizinin resurslarını daha fəal mənimsəməyə çağırıb.
ABŞ Prezidenti qeyd edib ki, əvvəlki baş nazir Kir Starmer bu planları həyata keçirməyib, Börnhem isə müvafiq addımlar atır.
"Bu, Böyük Britaniyanı çox zəngin ölkəyə çevirəcək", - Tramp deyib.
O əlavə edib ki, danışıqların əsas mövzuları Aberdin və Şimal dənizi olub, İran və Ukrayna məsələlərinə isə yalnız qısaca toxunulub.
Xatırladaq ki, oktyabrın 21-i Böyük Britaniya hökuməti Şimal dənizindəki "Jackdaw" qaz yatağında hasilatın başlanmasını təsdiqləyib. Britaniya hökumətinin bəyanatına görə, tədarüklər artıq oktyabrın sonunda başlaya bilər, layihə isə pik dövründə daxili qaz hasilatını təxminən 6 % artırmağa imkan verəcək.


