Uşaqlar üçün təhlükəsiz oyuncaqları necə seçmək lazımdır?

SOSİAL 01 sentyabr 2025, 08:46
"Oyuncaqlar sertifikatlaşdırılmış olmalıdır, uşaq mağazalarından alınmalı və mütləq yaxşı keyfiyyətli olmalıdır".

Demokrat.az xəbər verir ki, bunu terapevt Nadejda Çernışova MK internet portalına müsahibəsində uşaqlar üçün təhlükəsiz oyuncaqların seçilməsi barədə danışarkən deyib.

Onun sözlərinə görə, uşağa yalnız yoxlanılmış və təhlükəsiz əşyalar vermək çox vacibdir:

"İstər oyuncaqlar, istərsə də məişət əşyaları olsun, onlar yüksəkkeyfiyyətli plastikdən və ya rezindən, ya da uşağa zərər verməyəcək, yoxlanılmış maddələrdən hazırlanmalıdır. Şübhəli oyuncaqlar parlaq və cəlbedici olsa belə, onları almamaq daha yaxşıdır".

Terapevt əlavə edib ki, oyuncaqların kiçik və ya böyük olması fərq etməz, əsas odur ki, onlar uşağa təhlükə törətməsin.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 sentyabr 2025, 10:21
01 sentyabr 2025, 09:39
Top