""Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyi Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə növbəti layihənin icrasına yekun vurub" - bu fikirləri adıçəkilən birliyin sədri Vüqar Tofiqli (Cəfərov) bildirib.
Qeyd edək ki, ""Tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliğində bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi" adlanan layihənin əsas məqsədi bələdiyyə ərazisindəki tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliğinin təşkilində bələdiyyələrin işinin səmərəli qurulmasına nail olmaq idi.
Sədr bildirib ki, layihə çəçivəsində Qəbələ rayonunda yeni seçilmiş bələdiyyə üzvləri və qulluqçularının iştirakı ilə tarixi-mədəniyyət abidələrinin qorunması, mühafizəsi və təbliği mövzusunda keçirilən görüşlər Mədəniyyət və Ədliyyə nazirliyinin nümayəndələrinin iştirakı ilə aparılıb. Altı bələdiyyədə -Qəbələ, Nohurqışlaq, Vəndam, Zaragan, Nic və Mıxlıqovaq bələdiyyələrində qulluqçuların və yuxarıda adıçəkilən qurumların rəsmilərinin iştirakı ilə keçirilən görüşlərdə ciddi fikir mübadiləsi aparılmış, təkliflər səslənmiş, bir sıra abidələrə birgə baxış keçirilmişdir.
Bundan başqa layihə çərçivəsində Qəbələ rayon ərazisində olan tarixi-mədəniyyət abidələri haqqında sosial çarx da hazırlanıb. Video çarxa Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutunun dəyərli rəy də verib. Hazırlanan sosial çarxın müasir texnologiyaların imkanlarından istifadə edilərək internet resurslarında və sosial şəbəkələrdə yayımlanması da nəzərdə tutulur.
Sədr layihənin uğurla başa çatmasında göstərdiyi dəstəyə görə Ədliyyə və Mədəniyyət Nazirliiynə, Qəbələ RİH-ə və Vəndam bələdiyyəsinə öz təşəkkürünü də bildirməyi unutmayıb.
""Bələdiyyələrin fəaliyyətinin təbliği" İctimai birliyi