“Trend” yubiley yaşını qeyd edir

MEDİA 01 sentyabr 2025, 10:08
Bu gün "Trend" Beynəlxalq İnformasiya Agentliyinin (BİA) yaranma günüdür.

Demokrat.az-ın xəbərinə görə, “Trend”in 30 yaşı tamam olub.

Trend" Beynəlxalq İnformasiya Agentliyi 1995-ci il sentyabrın 1-də fəaliyyətə başlayıb. 2010-cu ildə "Trend" Asiya və Sakit okean ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) üzv qəbul edilib.

Azərbaycan, Gürcüstan, İran, Qazaxıstan, Türkmənistan və Özbəkistanda, həmçinin bir sıra Avropa ölkələrində daimi müxbirlərə malik olan "Trend" Azərbaycan dili də daxil olmaqla ümumilikdə 5 dildə xəbərlər istehsal edir.

Baş redaktor Emin Əliyev bildirib: “Bu il “Trend” İnformasiya Agentliyi yubileyini qeyd edir. Bu, bizim üçün sadəcə bir tarix deyil, həm də auditoriyamız, ekspert icması və beynəlxalq tərəfdaşlarımızla birlikdə keçdiyimiz çətin yolun əksidir. Trend, yerli jurnalistikadakı ilk addımlarından regional xəbər agentliyinə qədər, oradan isə biznes modelimizin Avropa Komissiyası tərəfindən Şərq Tərəfdaşlığı regionunda medianın inkişaf modeli kimi tanınmasına qədər uzun bir yol qət edib”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 sentyabr 2025, 10:21
Top