Qazilərin evini bir neçə nəfərə satan iş adamı qəzaya düşdü — VİDEO

HADİSƏ 25 iyl 2022, 16:01
Bir neçə gün bundan öncə Bakı-Sumqayıt yolunda gecə saatlarında ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə zamanı “BMW i8” markalı avtomobil dəmir arakəsmələrə çırpılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, qəzaya səbəb olan şəxs, ““BMW i8” avtomobilini idarə edən şəxs tanınmış iş adamı, “Progress” MTK-nin rəhbəri Emil Səməndərovdur. 

E.Səməndərov qəza nəticəsində ciddi xəsarətlər almayıb. 



Məlumat üçün bildirək ki, E.Səməndərov qazilərin evini bir neçə şəxsə satması ilə gündəmə gəlmişdi. 



Belə ki, MTK rəhbəri Abşeron rayonu, Xırdalan şəhəri, M.Ə.Rəsulzadə 1A ünvanında yerləşən, Xırdalan şəhər İcra Hakimiyyətinin yanında 5 bloklu, 14 mərtəbəli, 364 mənzilli binadan ev alan vətəndaşlara qarşı dələduzluq etməkdə ittiham olunur - onun bir evi bir neçə nəfərə satdığı üzə çıxmışdı.
 


Malik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top