Odessaya növbəti raket atıldı

DÜNYA 11 iyl 2022, 23:03
İyulun 11-də axşam saatlarında rus qoşunları Odessaya növbəti raket hücumunu həyata keçirib.

Demokrat.az  “Ukrinform” a istinadən xəbər verir ki, bu barədə Odessa Regional Hərbi Administrasiyasının rəhbəri Maksim Marçenko videomüraciətində  bildirib .

"Axşam saatlarında növbəti raket hücumu həyata keçirilib. Xoşbəxtlikdən tələfat olmayıb".

O xatırladıb ki, gün ərzində Qara dəniz bölgəsindən Rusiya təyyarələri Odessaya raketlər atıb , onlardan biri şəxsi evə düşüb, digərləri isə liman da daxil olmaqla infrastruktur obyektlərinə ziyan vurub.

Leyla
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top