Qəza: İkisi azyaşlı olmaqla, dörd nəfər xəsarət aldı

HADİSƏ 10 iyl 2022, 21:50
Balakəndə minik avtomobili aşıb, ikisi azyaşlı olmaqla dörd nəfər xəsarət alıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistiral yolunun Balakən rayonu "Beşbulaq" adlanan ərazisindən keçən hissəsində baş verib.

Balakən rayonu Hənifə kənd sakini Kamran Nizami oğlu Abdullayev idarə etdiyi "VAZ 21063" markalı 10 ME 436 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqataladan Balakən şəhəri istiqamətində hərəkət olarkən idarəetməni itirməsi səbəbindən maşını aşırıb.

Maşın aşdıqdan sonra ərazidən keçən su arxına düşüb.

Qəza zamanı avtomobildə olan sərnişinlər-rayonun Hənifə kənd sakinləri Şəhla Nizami qızı Əlimərdanova, iki azyaşlı Ramal Ramazan oğlu Əlimərdanov, Soltan Ramazan oğlu Əlimərdanov və Səhnə Əhmədi qızı Abdullayeva aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Balakən Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

Hazırda yaralıların müayinəsi aparılır.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top