Daha bir kütləvi zəhərlənmə — 8 qadın xəstəxanaya aparıldı

HADİSƏ 04 iyl 2022, 14:21
Saatlı rayonunda kütləvi zəhərlənmə olub.

Demokrat.az xəbər verir ki, rayonun Nərimankənd kəndində fermer Lətifşah Qəhrəmanova məxsus pambıq sahəsində zəhərlənən 8 qadın Saatlı Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Onlara kimyəvi maddədən zəhərlənmə diaqnozu qoyulub və ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Zəhərlənən şəxslər bunlardır:

Nurəngiz Şövkətova – 1985

Zilan Şövkətova – 2007

Səlamət Qəhrəmanova – 1961

Arzu Qəhrəmanova – 1987

Zamirə Qhərəmanova – 1988

Aygün Şəvgiyeva – 1995

Ayşəgil Qəhrəmanova – 2000

Rusiya vətəndaşı Dilbər Qəhrəmanova – 1995.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, ötən gün Bakı şəhər Nəsimi rayonunda yerləşən "Bolmart" supermarketində də kütləvi zəhərlənmə qeydə alınıb.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top