Bakıda gecələr evə gec gələn şəxsdən qardaşına dəhşətli əməl — Təfərrüat

KRİMİNAL 23 iyn 2022, 10:17
Bakının Yasamal rayonunda 1984-cü il təvəllüdlü Cəfər şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı qardaşı Cavidə xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin fevralın 23-də baş verib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəfər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, evə gec saatlarında gəldiyi üçün qardaşı Cavid onunla mübahisələr edib: “Yaşda böyük olduğum üçün qardaşımın mənə bu cür iradını qəbul edə bilmədim. Fevralın 23-də, saat təxminən 09.30-da qardaşım Cavid mənim evə gec gəldiyi üçün öz iradını bildirdi. Buna görə də aramızda mübahisə yarandı. Cavidin mənə cavab qaytarmasından əsəbləşdim, onun sifətinin sağ nahiyyəsindən əlim ilə bir dəfə vurdum. Zərbənin təsirindən Cavid yerə yıxıldı. Mən isə dava-dalaşları böyüməsin deyə evdən çıxaraq getdim”.

Cəfər ifadəsinin sonunda törətdiyi əməldən səmimi peşman olmasını, hazırda zərərçəkmiş şəxs olan qardaşı barışdığını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayəti olmadığını deyib. 

Cinayət işi üzrə zərərçəkmiş qismində ifadə verən Cavdin sözlərinə görə, qardaşı Cəfər heç bir yerdə işləmir və tüfeyli həyat tərzi sürərək evə gecə saatlarında gəlir: “Bu səbəbdəndə ailədə narahatçılıq yaradır və dəfələrlə arasında sözlə mübahisələr olub. Fevralın 23-də Cəfərə bu cür həyat tərzi sürməsinə öz iradımı bildirdim. Biz mübahisə etməyə başladıq. Mübahisə zamanı qəflətən sifətimin sağ nahiyyəsinə yumruqla bir dəfə zərbə ilə vuraraq mənə xəsarət yetirdi. Zərbənin təsirindən yerə yıxıldım və Cəfər isə evdən çıxaraq getdi. Cəfərin məni vurması nəticəsində sifətinin sağ nahiyyəsindən xəsarət aldım”. 

Bu işə Yasamal rayon Məhkəməsində baxılıb. 

Təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışması hakim tərəfindən nəzərə alınıb. 

Bu səbəbdən Cəfərin barəsində olan cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top