Əfqanıstanda güclü zəlzələdə 255 nəfər öldü

DÜNYA 22 iyun 2022, 10:01
Əfqanıstanın şərqində yerləşən Paktika əyalətində 5,8 bal gücündə zəlzələ olub.

“Report” “Al Jazeera”ya istinadən xəbər verir ki, yeraltı təkanlar nəticəsində azı 255 nəfər ölüb, 150 nəfər xəsarət alıb.

Lakin hadisə ilə bağlı məlumat qıtlığı var.

Eyni zamanda, “Baxtar” xəbər agentliyi xilasedicilərin bölgəyə helikopter vasitəsilə daşındığını açıqlayıb.

Qeyd edək ki, daha öncə "The Washington Post" 155 nəfərin həlak olduğunu bildirmişdi.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top