Selçuk Bayraktar Azərbaycan xalqını təbrik etdi

GÜNDƏM 15 iyn 2022, 13:16
“Qardaşlığımızın hər keçən gün daha da gücləndiyi Can Azərbaycanın 15 İyun- Milli Qurtuluş Gününü təbrik edirəm”.

Demokrat.az xəbər verir ki, bu fikirlər Türkiyənin “Baykar Savunma” şirkətinin texniki direktoru, “Bayraktar” pilotsuz uçuş aparatının (PUA) yaradıcısı Selçuk Bayraktarın 15 İyun- Milli Qurtuluş Günü ilə bağlı sosial şəbəkə hesabında etdiyi paylaşımında yer alıb.

Azərbaycan və Türkiyə bayraqları ilə edilən paylaşımda deyilir: “Bu il dastanlara mövzu olan "Bir millət, iki dövlət" şüarına #TEKNOFESTAZƏRBAYCAN ilə birlikdə "Bir Festival" əlavə etdik.

Qardaşlığımızın hər keçən gün daha da gücləndiyi Can Azərbaycanın 15 İyun #MilliQurtuluşGününü təbrik edirəm”.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top