NOW TV-də yayımlanan "Yeraltı" serialının yeni sezonunun başlama tarixi açıqlanıb.
Serialın 2-ci sezonunun ilk bölümü 7 oktyabrda tamaşaçılara təqdim olunacaq.
Yeni sezonda hadisələrin daha da gərginləşəcəyi gözlənilir. İlk tanıtımda Sultan və Haydar Əlinin toyundan görüntülər yer alıb. Ceylanın Haydar Əliyə "Cəhənnəmdə yan, Əli!" deməsi, onun isə "Həmişə birlikdə!" cavabını verməsi diqqət çəkib.
Yeni sezonda serialın aktyor heyətinə İsmail Hacıoğlu, Şükran Ovalı və Azra Aksu da daxil olub.
Serialda Bozonun Ceylanla yeni həyat qurmaq planları, eləcə də Azize ilə bağlı gözlənilməz qərarlar hadisələrin gedişatına təsir edəcək.

