Gündəlik həyatda geniş istifadə olunan darçının əsasən iki növü var. Bunlardan biri Seylon darçını, digəri isə Çin darçını və ya Kassiya darçınıdır.
Demokrat.az xəbər verir ki, qida mühəndisi Nurten Sırma darçının içkilərə və şirniyyatlara tez-tez əlavə edildiyini bildirərək, bütün darçınların eyni olmadığını vurğulayıb.
O, xüsusilə bəzi darçın növlərində olan kumarin maddəsinə diqqət çəkərək, bu maddənin yüksək miqdarda və uzun müddət qəbul edilməsinin sağlamlıq baxımından risk yarada biləcəyini göstərən elmi araşdırmaların olduğunu bildirib.
Nurten Sırmanın sözlərinə görə, darçın içkilərə əlavə olunur, şirin qidalara olan istəyi azaltmaq və qan şəkərinin balanslaşdırılmasına kömək etmək məqsədilə də istifadə edilir. Lakin sağlamlıq üçün tövsiyə edilən çubuq darçının bütün növləri eyni deyil.
Mütəxəssis bəzi darçın növlərində beyin qanaması riski ilə bağlı narahatlıqların olduğunu və onların görünüşünün demək olar ki, eyni olduğunu qeyd edib.
Xüsusilə tərkibində yüksək miqdarda kumarin olan darçının həddindən artıq və tez-tez istehlakı qaraciyərə mənfi təsir göstərə bilər. Həmçinin qan durulaşdırıcı dərmanlardan istifadə edən şəxslər üçün də risk yarada biləcəyini göstərən elmi araşdırmaların olduğu bildirilir.
Darçının növlərini yalnız xarici görünüşünə əsasən bir-birindən ayırmaq hər zaman asan olmur. Süleyman Kazan iki məhsulun görünüş baxımından bir-birinə bənzədiyini, lakin qoxu və dad baxımından fərqləndiyini bildirib.
Kazan qeyd edib ki, məhsullar vizual olaraq eyni görünsə də, dadları fərqlidir. Onun sözlərinə görə, idxal olunan darçının qoxusu demək olar ki, hiss olunmur və məhsullar arasında görünüş baxımından da müəyyən fərqlər müşahidə edilir.
Seylon darçını bazarda Çin darçını ilə müqayisədə daha az yayılıb. Bu səbəbdən onun qiyməti də daha yüksək ola bilər.
Süleyman Kazan iki darçın növü arasında qiymət fərqinin təxminən iki dəfəyə çatdığını bildirib.

