Maraqlı

Gündə 7 dənəsi beyni gücləndirir

Gündə 7 dənəsi beyni gücləndirir

Harvard Universitetinin alimlərinin apardığı araşdırma qozun beyin sağlamlığına müsbət təsir göstərə biləcəyini üzə çıxarıb.

Demokrat.az xəbər verir ki, təbii yaşlanma prosesində beynin həcmi hər il orta hesabla 0,5 faiz azala bilər. Lakin yeni araşdırmada gündə cəmi yeddi ədəd qoz qəbulunun 90 gün ərzində bu prosesi geri çevirməyə kömək edə biləcəyi iddia olunur.

Qoz beyin hüceyrələrinin qidalanmasında mühüm rol oynayan omeqa-3 yağ turşuları, antioksidantlar və digər faydalı qida maddələri ilə zəngindir. Araşdırmaya əsasən, hər gün yeddi qoz yeyən iştirakçılarda beyin həcmində 4,3 faizlik artım müşahidə olunub. Mətnə görə, bu göstərici beynin yeni neyronlar yaratması və sinir əlaqələrini gücləndirməsi ilə əlaqələndirilir.

Bu nəticələr qoz kimi sadə bir qidanın yaddaşın qorunmasına, diqqətin yaxşılaşdırılmasına və yaşla əlaqəli koqnitiv geriləmənin yavaşladılmasına kömək edə biləcəyini göstərir.

Ənənəvi olaraq beyin sağlamlığının qorunması üçün fiziki aktivlik, zehni məşğələlər və zərərli vərdişlərdən uzaq durmaq tövsiyə olunur. Bunlar əhəmiyyətini qorusa da, araşdırmada qidalanmanın beyin strukturu və funksiyasına da təsir göstərə biləcəyi vurğulanır.

Qoz kimi təbii qidaların sadəcə qəlyanaltı olmadığı, uzunmüddətli perspektivdə zehni fəaliyyətin dəstəklənməsinə kömək edə biləcəyi bildirilir.

Bununla yanaşı, qoz istehlakının Alzheimer xəstəliyi kimi neyrodegenerativ xəstəliklərin riskini azalda biləcəyi də iddia olunur. Bu isə yaşlandıqca koqnitiv funksiyaların qorunması üçün gündəlik qidalanmada edilən kiçik dəyişikliklərin əhəmiyyətini gündəmə gətirir.

Araşdırmanın müəlliflərinə istinad edən mətnə görə, sadə pəhriz dəyişiklikləri koqnitiv geriləmənin yavaşladılmasına və ya müəyyən hallarda qarşısının alınmasına kömək edə bilər. Bu yanaşma beynin dəyişən şəraitə uyğunlaşmaq qabiliyyətinə və qidalanmanın beyin sağlamlığındakı roluna diqqət çəkir.

R
Redaktor