Maraqlı

Altıncı hissi güclü olan dörd bürc

Altıncı hissi güclü olan dörd bürc

Bəzi insanların ətrafındakı hadisələri və insanların davranışlarındakı dəyişiklikləri daha tez hiss etdiyi düşünülür. Astroloqlar da müəyyən bürclərin güclü sezgi qabiliyyətinə malik olduğunu və ətraflarında baş verənləri digərlərindən daha fərqli qəbul etdiklərini bildirirlər.

Demokrat.az xəbər verir ki, astroloqların fikrincə, bəzi bürclər insanların əhvalındakı dəyişiklikləri, davranışlardakı fərqləri və ilk baxışda diqqətdən kənarda qalan detalları daha tez sezə bilir.

Bəs altıncı hissi daha güclü hesab edilən bürclər hansılardır?

Xərçəng

Astroloqlar Xərçəng bürcünü güclü sezgi qabiliyyəti ilə seçilən bürclərdən biri hesab edirlər. Onların fikrincə, bu bürcün nümayəndələri insanların səs tonundakı dəyişiklikləri, davranışlarındakı fərqləri və əhval-ruhiyyələrindəki dəyişiklikləri tez hiss edə bilirlər.

Xüsusilə ailə üzvləri və yaxınları ilə bağlı məsələlərdə Xərçənglərin daha həssas olduğu bildirilir. Qarşı tərəf özünü yaxşı hiss etdiyini desə belə, onun davranışlarından fərqli bir vəziyyət olduğunu düşünə bilirlər.

Əqrəb

Əqrəb bürcünün nümayəndələri isə hadisələri yalnız göründüyü kimi qəbul etməmələri ilə fərqləndirilir. Astroloqların yanaşmasına görə, onlar insanların söylədiklərindən daha çox davranışlarına və gizli qalan detallara diqqət yetirirlər.

Davranışda kiçik bir uyğunsuzluq belə onların diqqətindən yayınmaya bilər. Hər hansı məsələ onlara məntiqsiz göründükdə isə səbəbini araşdırmağa meylli olduqları bildirilir.

Balıqlar

Balıqların isə ətrafındakı insanların emosiyalarına qarşı daha həssas olduğu düşünülür. Astroloqlar bu bürcün nümayəndələrinin gərgin və səs-küylü mühitlərdən daha tez yorulduğunu bildirirlər.

Onların sezgilərinin bəzən yuxular, ilham və ya qəfil yaranan fikirlər vasitəsilə ortaya çıxdığı qeyd olunur. Bununla belə, güclü xəyal dünyasına sahib olduqları üçün bəzi hallarda real intuisiya ilə şəxsi narahatlıqları bir-birindən ayırmaqda çətinlik çəkə biləcəkləri də vurğulanır.

Dolça

Dolça bürcü ilk baxışda mistik və ya intuitiv xüsusiyyətlərlə əlaqələndirilməsə də, astroloqlar onun fərqli şəkildə güclü sezgi qabiliyyətinə malik olduğunu hesab edirlər.

Bu bürcün nümayəndələrinin ətrafdakı hadisələr arasında əlaqələri və başqalarının diqqətindən yayınan detalları daha tez görə bildikləri bildirilir. Bəzən fikirlərini izah etməkdə çətinlik çəksələr də, nəticədə gəldikləri qənaətin doğru olduğu düşünülür.

R
Redaktor