Finlandiya Rusiya ilə sərhəddə hasar çəkməyi planlaşdırır

DÜNYA 09 iyn 2022, 21:59
Finlandiya hakimiyyəti ölkənin təhlükəsizliyini gücləndirmək üçün Rusiya ilə sərhəddə sərhəd maneələrinin quraşdırılmasını planlaşdırır.

Bu barədə Daxili İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

"Finlandiya hökuməti Rusiya ilə şərq sərhədində kritik ərazilərdə maneələr qurmağı planlaşdırır", - daxili işlər naziri Krista Mikkonen bildirib.

Sənəddə deyilir ki, bu məqsədlər üçün sərhəd xidməti əlavə maliyyə alacaq. Şlaqbaumların tikintisi “Sərhəd mühafizəsi haqqında” qanuna dəyişiklikləri həyata keçirməyə imkan verəcək.

Bildirilir ki, qanunvericiliyə edilən dəyişikliklərdən sonra miqrantların qəbulu mərkəzləşdirilmiş qaydada, xüsusi ayrılmış sərhəd-keçid məntəqələrində həyata keçiriləcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top