Milli Məclisdə Azərbaycan-Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun görüşü baş tutdu — FOTOLAR

XARİCİ SİYASƏT 09 iyn 2022, 12:50
Milli Məclisdə Azərbaycan - Çili parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri Çili Respublikasının ölkəmizdəki səfiri Rodriqo Arkos və müvəqqəti işlər vəkili Fidel Koloma ilə görüşüb.

Demokrat.az xəbər verir ki, görüşdə işçi qrupun rəhbəri olaraq qonaqları salamlanıb və iki ölkənin parlamentlərarası əlqələrin inkişafı etdirilməsi istiqamətində vacib məsələlər ətrafında müzakirələr aparılıb. Görüşdə iştirak edən dostluq qrupunun üzvləri Sevinc Fətəliyeva, Nigar Arpadarai və İqbal Məmmədov ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirliməsi istiqamətində parlament əməkdaşlığın genişləndirilməsinin verəcəyi töhfələrindən danışıblar. Həm də 44 günlük Vətən müharibəsində qələbə qazanaraq torpaqlarımızın işğaldan azad edilməsi, regionda yaratdığımız yeni reallıq, işğaldan azad olunmuş ərazilərdə icra olunan böyük layihələr haqqında qonaqları məlumatlandırıb. Həmçinin, görüşdə qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi də aparılıb. 

Sonda qonaqlarla xatirə şəkili çəkilib və onlar Milli Məclisin plenar iclas zalı ilə tanış olublar.





Aynurə
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top