"Ukrayna hələ də Rusiyaya qarşı müharibədə əks-hücuma keçmir, çünki..." — Zelenski

DÜNYA 07 iyn 2022, 22:57
"Ukrayna hələ də Rusiyaya qarşı müharibədə əks-hücuma keçmir, çünki onun kifayət qədər hərbi texnikası və döyüşçüləri yoxdur".

Demokrat.az Ukrayna mətbuatına istinadən bildirir ki, bunu Ukrayna Prezidenti Volodimr Zelenski müsahibəsində deyib.

"İrəliləmək üçün ən azı 10 dəfə çox texnika  və 10 dəfə çox insan lazımdır. Arzularımız çoxdur, amma texnika azdır. Ona görə də çox güclü irəliləyə bilmərik. Bu baş verməyincə, çətin hərəkət edəcəyik, orada böyük itkilər olacaq və insanlar mənim üçün prioritetdir”, - prezident bildirib.

Leyla
Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top