Salyanda Vətən Müharibəsi şəhidinin məzarı ziyarət olundu — FOTOLAR

SOSİAL 06 iyn 2022, 16:50
Bu gün Vətən Müharibəsi şəhidi Famil Hicran oğlu Camalzadənin doğum  günüdür.

Demokrat.az xəbər verir ki, bu münasibətlə Salyan rayon İcra Hakimiyyəti Başçısının müavini Rəşad Cəbrayılov, Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının sədri Elmar Əhmədov və Yeni Azərbaycan Partiyası Salyan rayon Təşkilatının fəalları, Salyan rayon Gənclər və İdman İdarəsinin rəisi Araz Hüseynov və Salyan rayon Gənclər və İdman İdarəsinin əməkdaşları,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Salyan rayon şöbəsinin rəisi polkovnik leytenant Nurlan Abbasov və rayon  ictimaiyyəti Vətən Müharibəsi Şəhidi Famil Hicran oğlu Camalzadənin  Ailəsini ziyarət edib,  qayğıları ilə  maraqlanıblar.  

Daha sonra Salyan  rayon  Xurşud  kənd  qəbiristanlığında Vətən Müharibəsi şəhidi Famil Hicran oğlu Camalzadənin məzarı ziyarət edilib, məzarı önünə gül dəstələri qoyulub, ruhuna dualar oxunub.



Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top