Radara düşən YPX avtomobilinin cəriməsi başqasına gəldi — RƏSMİ AÇIQLAMA

HADİSƏ 31 may 2022, 15:26
Azərbaycanda Dövlət Yol Patrul Xidmətinin (YPX) avtomobili sürət həddini aşıb. 

Bununla bağlı sosial şəbəkədə məlumat paylaşılıb. 

İmişli rayonun Bəhramtəpə qəsəbəsində sürət həddi 90 km/saat olan yolda 99-YP-978 dövlət nömrə nişanlı yol polisi avtomobili 129 km/saat sürəti ilə radara düşüb. 

Qəribəsi isə odur ki, bununla bağlı cərimə protokolu başqa şəxsə göndərilib. 

Protokolda isə cərimənin 99-MP-978 dövlət nömrə nişanlı avtomobilə yazıldığı qeyd edilib. 

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev bildirib ki, məsələ dərhal araşdırılıb. Məlum olub ki, texniki xəta ucbatından partul avtomobilinin düşdüyü radar vətəndaşa göndərilib. Vətəndaşın müraciəti əsasında protokol ləğv edilib və problem aradan qaldırılıb.(oxu.az)


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top