Övladına toy edən ailənin evi yandı

HADİSƏ 27 may 2022, 22:45
Bərdə rayonunda yanğın hadisəsi baş verib.

Trend xəbər verir ki, hadisə əslən Laçın rayonundan olan Elşən Musayevə məxsus fərdi yaşayış evində baş verib. İkiotaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Ev sahibi Elşən Musayev iddia edir ki, onun mənzilini qəsdən yandırıblar.

Musayevlər ailəsi hadisə ilə bağlı hüquq mühafizə orqanlarına məlumat verib. Rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə baxış keçirib. Hadisənin baş vermə səbəbləri polis əməkdaşları tərəfindən araşdırılır.

Qeyd edək ki, hadisə Elşən Musayevin qızının toy məclisi zamanı baş verib. Ailə toydan çıxıb evə qayıtdıqda mənzilin yandığını görüb. Ailəyə xeyli miqdarda ziyan dəyib.


 

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top