DİN-in sözçüsü ilə AQTA-nın mətbuat katibi ailə qurur

ŞOU-BİZNES 27 may 2022, 12:40
Tanınmış jurnalist, Qida Təhlükəsizliyi Agentliyinin mətbuat katibi Aysel Fərziyeva ilə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan Əliyev ailə qururlar. 

Demokrat.az xəbər verir ki, bir neçə gün öncə rəsmi nikaha girən cütlük 28 May Müstəqillik Günündə toy mərasimi keçirəcək. 

Toy mərasimi "Cıdır düzü" şadlıq sarayında baş tutacaq.

Qeyd edək ki, Nurlan Əliyev uzun müddət ATV, “Space”, “Lider” TV-də müxbir və aparıcı, Aysel Fərziyeva isə “Lider” TV, ATV, ARB24 və REAL TV-də aparıcı kimi fəaliyyət göstərib. Onların hər ikisi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində ali təhsil alıb.

Rza
Demokrat.az

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 apr 2024, 13:44
Top