Parlamentin növbədənkənar sessiyası keçiriləcək

DAXİLİ SİYASƏT 17 may 2022, 09:48
Milli Məclisin növbədənkənar sessiyası keçiriləcək.

Demokrat.az xəbər verir ki, bununla bağlı yaxın günlərdə deputatlar parlamentin sədrinə müraciət edəcəklər.

Növbədənkənar sessiyanın iyun ayında keçirilməsi planlaşdırlır.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən parlamentin 42 deputatının tələbi əsasında Milli Məclisin növbədənkənar sessiyasını çağırılır. Milli Məclisin növbədənkənar sessiyaları dövründə Milli Məclis öz iclaslarını keçirir, Milli Məclisin komitə və komissiyalarının iclasları keçirilir, deputatlar komitə və komissiyaların işində iştirak edirlər.

Qeyd edək ki, parlamentin yaz sessiyası mayın 31-də başa çatır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top