Sambo millimiz İrəvandakı dünya çempionatında iştirak edəcək?

İDMAN 14 may 2022, 18:41
14-16 oktyabrda Ermənistanın paytaxtı İrəvanda sambo üzrə yeniyetmələr (kişi və qadınlar) və gənclər (kişi, qadınlar və döyüş sambosu) arasında dünya çempionatı keçiriləcək.

Bu yarışda Azərbaycanın yeniyetmə və gənclərdən ibarət millisi də çıxış etməlidir.

Lakin yarışın Ermənistanda olması millimizin çıxışını sual altında qoyub.

Azərbaycan Sambo Federasiyasının prezidenti Ceyhun Məmmədovun Oxu.Az-a açıqlamasına görə, bu yarışda iştirak etmək üçün Gənclər və İdman Nazirliyinin razılığı alınmalıdır.

Qeyd edək ki, 21-31 may tarixlərində İrəvanda keçirilməli olan kişi boksçular üzrə Avropa çempionatında millimiz iştirak etməyəcək. Azərbaycan Boks Federasiyasının İdarə Heyəti bu ay keçiriləcək seçkilər, idmançılarımızın boks üzrə dünya çempionatına təlim-məşq toplanışları və hazırlıq proqramları, habelə digər həssas məqamları nəzərə alaraq qitə çempionatına qatılmamaq barədə qərar qəbul edib.

Məlik
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top